Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 29 mart 2014 06:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) dənizdə terrorizmlə mübarizə kursu, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş keçiriləcək.

Azərbaycan hərbçiləri həmçinin Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təliminə qatılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR