Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eco Picture Diary 2013” beynəlxalq müsabiqəsinin təqdimat mərasimi olub - FOTO

Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eco Picture Diary 2013”  beynəlxalq müsabiqəsinin təqdimat mərasimi olub - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eco Picture Diary 2013” (“Eko Rəsm Gündəliyi 2013”) beynəlxalq müsabiqəsinin təqdimat mərasimi olub.

APA-nın məlumatına görə, noyabrın 1-dən 15-dək davam edəcək müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edəcək.

Bakının 314 ümumtəhsil məktəbinin təmsil olunduğu təqdimat mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədov bildirib ki, “Eko Rəsm Gündəliyi 2013” müsabiqəsi qlobal müsabiqədir: “Müsabiqədə indiyədək dünyanın 51 ölkəsi iştirak edib və ümumilikdə 300 000 məktəblini əhatə edib. Bu ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan da bu müsabiqədə iştirak edəcək. Heydər Əliyev Mərkəzi olaraq biz çox şadıq ki, belə bir layihəyə imza atırıq. Bu layihə çox vacib layihədir. Biz növbəti günlərdə hörmətli müəllimlərimizdən xahiş edəcəyik ki, Bakı və Gəncə şəhərlərindəki məktəblərdə gündəliklər paylasınlar, şagirdləri bu layihə ilə daha yaxından tanış etsinlər”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev nazirliyin bu layihəyə dəstək verməsindən məmnun olduğunu bildirib: “Müsabiqədə iştirak edən məktəblilərə uğurlar arzulayıram və inanıram ki, bu müsabiqə onların yaddaşına həkk olunacaq, ətraf mühitə olan sevgisini daha da artıracaq”.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, İDEA-nın layihə direktoru Anara İsmayılova, “Panasonic Marketinq” MDB-nin meneceri Alisa Lavrentyeva müsabiqənin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, şagirdlərin ətraf mühitə olan münasibətinin düzgün formalaşdırılmasında oynadığı rolun vacibliyindən danışıblar.

Qeyd edək ki, Azərbaycan üçün ümumilikdə 5000 “Eko Gündəlik” hazırlanıb. Müsabiqənin qalibi dekabrın 1-də elan olunacaq. Bütün ölkələrin mili qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı dekabrda Parisdə beynəlxalq müsabiqənin nəticələrinin elan olunması mərasimində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR