Ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 320 mln. dollar təşkil edib - FOTO

Ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 320 mln. dollar təşkil edib - <span style="color: red;">FOTO
# 22 aprel 2014 09:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanla Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 mln. dollar təşkil edib.

APA-nın məlumatına görə, bu barədə Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında Niderland Krallığının Azərbaycandakı səfiri Robert Yan Qabriels deyib.

Onun sözlərinə görə, ötən il Niderland tərəfindən Azərbaycanın qeyri-neft və qeyri-maliyyə sahəsinə qoyulan investisiyanın həcmi isə 180 milyon dollar təşkil edir.

Diplomat bildirib ki, Azərbaycanla Niderland arasında ikitərəfli ticarət əlaqələri inkişaf etməkdədir: “Niderland şirkətləri getdikcə Azərbaycana daha çox maraq göstərməyə başlayıblar. Bakıya bu gün səfər edəcək Niderland ticarət missiyasının tərkibinə müxtəlif sahələri əhatə edən şirkətlərin daxil olması onu göstərir ki, Niderland müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında maraqlıdır".

Səfir deyib ki, Azərbaycanla kənd təsərrüfatı, idman sahəsində əlaqələri daha çox inkişaf etdirmək niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR