Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub - VİDEO

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 11:37 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, mücahidlər arasında “Seyfuddin” ləqəbi ilə tanınırmış.

A. Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR