İranda zəlzələ olub

İranda zəlzələ olub
# 31 yanvar 2014 14:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Çaharmahal və Bəxtiyari vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Çaharmahal və Bəxtiyari vilayətinin Çelgərd rayonuna təsadüf edib.

4,4 bal gücündə olan zəlzələ yanvarın 31-də Bakı vaxtı ilə saat 15:40-da yerin 14 km dərinliyində meydana gəlib. Təbii fəlakət Çelgərddən (Çaharmahal və Bəxtiyari) 19 km, Bərfanbardan (İsfahan) 36 km və Fereydunşəhrdən (İsfahan) 40 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR