Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 17 may 2014 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-sı saat 23:40 radələrində Səbail rayonu M.Hüseyn küçəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Telman Balayev idarə etdiyi “Toyota Land Cruizer” markalı avtomobillə 1955-ci il təvəllüdlü Vəzirxan Xankişiyevi vuraraq hadisə yerindən qaçıb. V.Xankişiyev xəstəxanaya aparılarkən yolda ölüb.

Aparılan əməliyyat tədbirləri nəticəsində T.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR