Bakı Ali Neft Məktəbində II tələbə elmi-texniki konfransı keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində II tələbə elmi-texniki konfransı keçirilib - <span style="color: red;">FOTO
# 26 may 2014 08:34 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 3 bölmədən (“Neft-qaz və kimya mühəndisliyi”, Fizika və riyaziyyat”, “İnformasiya və kommunikasiya texnologiyaları”) ibarət II tələbə elmi-texniki konfransı keçirilib.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, konfransın plenar iclasını açan rektor Elmar Qasımov BANM-də cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib. Rektor qeyd edib ki, BANM-in tələbələri artıq digər ali məktəblərdə keçirilən elmi konfranslarla yanaşı, xarici ölkələrdə təşkil olunan elmi konfranslarda da həvəslə iştirak edirlər.

Tədbirdə iştirak edən ARDNŞ-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin elm və təhsil problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisəsinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda inamlı addımlar atıldığını vurğulayıb, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırıb.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və AMEA-nın Geologiya İnstitutunun “Neft-qaz hasilatı texnologiyası” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Zöhhak Abbasov tələbələri konfransın keçirilməsi münasibətilə təbrik edib, onların təhsillərinin ilk illərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirib, elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab edib və konfransın işinə uğurlar arzulayıblar.

2-ci tələbə elmi-texniki konfransının Təşkilat Komitəsinin rəhbəri, BANM-nin Ali təhsildən sonrakı təhsil şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva konfransın təşkili haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra BANM-nin 5 tələbəsi - İnsafəli Səmədov “Alternativ enerji mənbələri”, Nərgiz Tarverdiya “Ətraf mühitdə sənaye tullantıları - dioksin: bəşəriyyətin təhlükəsi”, Kamran Rzayev “Neft-qaz sənayesinin tipik idarə etmə məsələlərinin Lab-VİEW proqramı ilə həlli”, Nərmin Abbaslı “Təbiətdə Fibonaçi ardıcıllığı” və Əhməd Qələndərli “Nüvə bölünməsi enerji mənbəyi kimi” mövzularında ingilis dilində plenar məruzələrlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR