Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq

Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
# 31 mart 2014 13:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gündən etibarən Nizami Kino Mərkəzində bazar ertəsi, çərşənbə və cümə günləri milli filmlərin pulsuz nümayişinə başlanacaq.

Mərkəzdən APA-ya verilən məlumata görə, məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən adət-ənənələrlə yaxından tanış olması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Azərbaycanın tarixi və tanınmış simaları haqqında çəkilmiş filmlərin də nümayişi kino mərkəzinin layihəsində nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR