Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb

Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb
# 30 iyun 2014 07:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda zəncirvari yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Vasif Orucovun idarə etdiyi “VAZ-2106” markalı, 1983-cü il təvəllüdlü Hüseyn Səlimovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Fərahim Xəlilovun idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə, «VAZ-2106» markalı avtomobilin sərnişini Şəki rayon sakini 1969-cu il təvəllüdlü Vüqar İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR