Şəmkirdə dəhşətli qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2013 18:50 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.

Gədəbəy rayon Leşkər kənd sakini, 1983-cü il təvəllüdlü Elçin Quliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn Şəmkir rayon sakini Arzu Musayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ 2107”-də olan sərnişinlər- Gədəbəy rayon Leşkər kənd sakinləri, 1979-cu il təvəllüdlü Tofiq Əliyev, 1976-cı il təvəllüdlü Rasim Ələsgər və 1980-cı il təvəllüdlü Xaliq Mehdiyev hadisə yerindəcə dünyalarını dəyişiblər. Həmin avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Elçin Quliyev isə xəstəxanaya aparılan zaman yolda keçinib.

“VAZ 21011” markalı avtomobilin sürücüsü qəzada xəsarət almasa da, maşında olan Şəmkir rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Gülnarə Hüseynova, Şəmkir rayon Çənlibel kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz İsmayılov və Gədəbəy rayon Leşkər kənd sakini İmran Orucov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə sürət həddini aşma səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***

18/05/2013 23/50

Şəmkir. Azər Məmmədli – APA. Bu gün Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Şəmkir-Gədəbət yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib. "VAZ 21011" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəmkir rayon xəstəxanasına yerləşdirilib. Şəmkir rayon xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində sürücü, Gədəbəy sakini 1983-cü il təvəllüdlü Quliyev Elçin, Şəmkirin Çənlibel kənd sakini 1988-ci il təvəllüdlü İsmayılov Mübariz, Gədəbəy sakini 1970-ci il təvəllüdlü Orucov İmran və Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Musayev Arzu müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza nəticəsində ölən şəxslərin adları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR