Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik günü münasibətilə tədbir keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik günü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 10:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən rektor Gülçöhrə Məmmədova gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin, bu gün də ali təhsil ocaqları içərisində seçildiyini söyləyib: “AzMİU-nun 2013-2014-cü tədris ili üçün qəbulunun nəticələri də bunun göstəricisidir. 2013-2014-cü tədris ilinə universitetimizə 1180 tələbə qəbulu planlaşdırılıb. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanından sonra universitetimizə 1180 tələbə qəbul olunub ki, bunların da 468 nəfəri dövlət sifarişi, 712 nəfər isə ödənişli əsaslarla qəbul olunanlardır. Qəbul olunan abituriyentlərin 355 nəfərini qızlar təşkil edir. Bu il universitetimizə qəbul olan tələbələrdən 9 nəfəri 592-515 arası bal toplayaraq yüksək nəticə göstərib. Bu il Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə proqramı olan Erasmus-Mundus layihəsi çərçivəsində AzMİU-da təhsil almaq üçün İspaniyanın Alikante Universitetindən də tələbələr gəlib. Bundan əlavə universitetdə ingilis dilli qruplar da fəaliyyət göstərir ki, burda da abituriyentlər uğurla tələbə adını qazanıblar”.

Tədbirdə iştirak edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov tələbə adını qazanan gəncləri təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR