Azərbaycanın 103 min muzey eksponatı işğal altında qalıb

Azərbaycanın 103 min muzey eksponatı işğal altında qalıb
# 04 fevral 2014 13:42 (UTC +04:00)

Bu barədə Söz Azadlığını Müdafiə Fondunun (SAMF) “İşğal altında olan muzeylərimiz”lə bağlı həyata keçirdiyi layihənin yekunları barədə APA-ya daxil olan məlumatda bildirilib.

Məlumata görə, “İşğal altında olan muzeylərimiz”lə bağlı layihə iki ildir ki, həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə SAMF tərəfindən həyata keçirilən “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi başa çatdırılsa da, fond bu istiqamətdə araşdırmanı davam etdirir: “Əldə etdiyimiz məlumatlar əsasında demək olar ki, bu gün işğal altında olan ərazilərimizdə 29 muzey fəaliyyət göstərib. Ümumilikdə isə Ağdam rayonunun işğal altında olmayan ərazisindəki Rahib Məmmədovun Xatirə muzeyini də bura əlavə etsək onda işğal nəticəsində ziyan çəkmiş muzeylərin sayı 30-a çatır. Bundan əlavə işğal altında olan ərazilərdə dörd rəsm qalereyası fəaliyyət göstərib”.

Xatırladaq ki, muzeylərdən bu gün on dördü fəaliyyətini bərpa edib. Müharibədən sonrakı dövrdə isə münaqişə zonasında bir muzey- Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi- fəaliyyətə başlayıb.

SAMF layihəni cari ilin sonunadək davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR