Son günlər Suriyada hökumət qüvvələri ilə döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb - VİDEO

Son günlər Suriyada hökumət qüvvələri ilə döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2013 09:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR