ABŞ və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri İranın nüvə proqramını müzakirə ediblər

ABŞ və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri İranın nüvə proqramını müzakirə ediblər
# 06 avqust 2013 00:20 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Martin Dempsi İsrailə səfər edib. APA-nın “Radiofərda”ya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M.Dempsi İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Beni Qantz və digər yüksək səviyyəli rəsmilərilə görüşüb. Görüşdə əsasən İranın nüvə proqramı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşlə bağlı ətraflı məlumat verilməsə də, ancaq tərəflərin İsrailin İrana gözlənilən hərbi müdaxiləsi və bu ölkənin baş naziri Benyamin Netanyahunun təhdidlərinin həssaslığı artırması barədə müzakirələr apardığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR