Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 may 2014 03:50 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə "Alov Qüllələri"nin yaxınlığında qeydə alınıb.

Mehdi Hüseyn küçəsində yolu keçmək istəyən piyadanı sürətlə hərəkət edən maşın vurub. Qəza nəticəsində sürücü hadisə yerindən qaçıb.

1955-ci il təvəllüdlü Vəzirxan Xankişiyevin vəziyyəti ağır olduğundan hadisə yerinə təcili yarıdım çağırılıb. O, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılarkən yolda ölüb.

Hadisə yerindən qaçan sürücünü tapılması üçün əraziyə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları cəlb olunublar.

Hadisə şahidlərinin sözlərinə görə, piyadanı vuran sürücü maşını yüksək sürətlə idarə etdiyindən maşının markasını və dövlət nömrə nişanını müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR