Bakıda daş karxanasında bədbəxt hadisə baş verib

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib
# 28 oktyabr 2013 13:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daş karxanasında ölüm hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qızıldaş qəsəbəsi ərazisindəki “İpəkyolu” daş karxanasında qeydə alınıb. Orada işləyən Astara rayon sakini Xəlil Xəlilov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR