Hindistanda avtobus çaya düşüb, 35 nəfər həlak olub

Hindistanda avtobus çaya düşüb, 35 nəfər həlak olub
# 09 may 2013 03:55 (UTC +04:00)

Baku-APA. Hindistanda sərnişinlərlə dolu avtobus çaya düşüb. Bu barədə APA CNN-ə istinadən məlumat verir.

Hadisənin baş verdiyi Himaçal-Pradeş ştatının Mandi mahalınının rəhbərliyi sürücünün idarəetməni itirdiyini, nəticədə avtobusun hündürlükdən Beas çayına düşdüyünü bildirib.

Hazırda xilasedicilər 35 sərnişinin cəsədini çıxarıblar, 14 nəfər yaralı halda xəstəxanaya çatdırılıb. Cəsədlərin sayının artması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR