Böyük Britaniyanın keçmiş xarici işlər naziri İranda səfərdədir

Böyük Britaniyanın keçmiş xarici işlər naziri İranda səfərdədir
# 07 yanvar 2014 10:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Böyük Britaniya-İran parlamentlərarası dostluq qrupunun üzvləri İranda səfərdədirlər.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə Böyük Britaniyanın keçmiş xarici işlər naziri, Böyük Britaniya-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Cek Strou başçılıq edir. Onlar İran-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmək məqsədilə bu gün səhər saatlarında İran parlamentində olublar.

Ümumiyyətlə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Əli Laricani və İran Ticarət Palatasının sədri Qulamhüseyn Şafii ilə görüşlər keçirilməsi Böyük Britaniya nümayəndə heyətinin dördgünlük səfər proqramına daxildir. Bundan əlavə, C.Strou yanvarın 8-də İran parlamentində keçirilməsi planlaşdırılan mətbuat konfransına da qatılacaq. İranla Böyük Britaniya arasında müxtəlif sahələrdə əlaqələrin yaxşılaşdırılması bu nümayəndə heyətinin əsas məqsədlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR