Almaniya səfiri: “Azərbaycandakı missiyam iyul ayında başa çatır” - YENİLƏNİB

Almaniya səfiri: “Azərbaycandakı missiyam iyul ayında başa çatır” - <span style="color: red;">YENİLƏNİB
# 06 iyun 2013 09:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə səfir bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, Almaniyada diplomatlar səfir vəzifəsinə 3 illik təyin olunur: “Mən 2010-cu ilin avqust ayında Azərbaycana səfir təyin olmuşam və bu il missiyam başa çatır. Məndən əvvəl təyin olunan səfir 4 il fəaliyyət göstərmişdi, lakin bu, istisna hal idi, çünki o, bu vəzifədən sonra dərhal təqaüdə çıxıb”.

H. Kvelle Almaniyanın Azərbaycanla münasibətlərinə də toxunub. Səfir deyib ki, əsas fikir ayrılığı insan haqları ilə bağlıdır: “İki ölkə arasında iqtisadi, texnoloji, eləcə də siyasi sahədə dialoq uğurla davam edir: “Sadəcə, biz başa düşə bilmirik, nəyə görə İlqar Məmmədov kimi insan belə uzun müddətə təcridxanada saxlanılır?”

Diplomat diffamasiya ilə bağlı qanunun qüvvəyə minməsinin də narahatlıq doğurduğunu vurğulayıb: “Razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələrin artırılması, QHT-lərin məcburi qeydiyyata alınması və şirkət sahibləri haqqında məlumatların acıqlanması tələbi də narahatlıq doğuran məqamlardır”.

***

saat 10:42

Bakı. Anaxanım Hidayətova - APA. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin missiyası iyul ayında başa çatır.

APA-nın məlumatına görə, bu barədə səfir bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, Almaniyada diplomatlar səfir vəzifəsinə 3 illik təyin olunur: “Mən 2010-cu ilin avqust ayında Azərbaycana səfir təyin olmuşam və bu il missiyam başa çatır. Məndən əvvəl təyin olunan səfir 4 il fəaliyyət göstərmişdi, lakin bu, istisna hal idi, çünki o, bu vəzifədən sonra dərhal təqaüdə çıxıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR