Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası münaqişələr nəticəsində itki və tələfatlarla bağlı təzminatların ödənilməsi qaydalarını müəyyənləşdirəcək

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası münaqişələr nəticəsində itki və tələfatlarla bağlı təzminatların ödənilməsi qaydalarını müəyyənləşdirəcək
# 02 iyun 2014 11:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının 12-14 iyun tarixlərində Brest şəhərində Beynəlxalq Konqresi keçiriləcək.

Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Tərəfindən İşğalı Nəticəsində Məruz Qalınan İtki və Tələfatların Qiymətləndirilməsi Üzrə İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı, Nazirlər Kabinetinin Qaçqınların, Məcburi Köçkünlərin və Miqrasiya Problemləri üzrə şöbənin müdir müavini Telman Məmmədov, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tikinti-təmir və hüquq şöbəsinin müdiri Ələddin Məmmədov iştirak edəcəklər.

Konqresdə “Beynəlxalq Qiymətləndirmə Standartların”dan əlavə, həm də Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının müvafiq standartlarının qəbul edilməsi və həmin standartlarda münaqişələr, müharibələr və terrorlar nəticəsində baş verən itki və tələfatların dəyərləndirilməsi, habelə zərərçəkən tərəfə təzminatların ödənilməsi qaydaları müzakirə olunacaq. Bu tədbir Azərbaycan ərazilərinin erməni silahlı qüvvələrinin işğalı nəticəsində məruz qalınan itki və tələfatların Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq Ermənistan tərəfindən təzminat şəklində ödənilməsi istiqamətində əsaslı addım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR