Elman Rüstəmov: “Kommersiya banklarının məcmu kapitallarını 50 mln. manata çatdırmasında problem olmayacaq”

Elman Rüstəmov: “Kommersiya banklarının məcmu kapitallarını 50 mln. manata çatdırmasında problem olmayacaq”
# 06 sentyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının məcmu kapital üzrə tələblərə cavab verməsi prosesində heç bir problem görmür.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda məcmu bank sistemi üzrə aktivlərin 80%-ni əhatə edən banklar nəzərdə tutulan 50 mln. manat tələbinə cavab verir.


Qeyd edək ki, ölkədə bütün banklar bu ilin sonuna kimi məcmu kapitallarını 50 mln. manata çatdırılmalıdır. E.Rüstəmovun fikrincə, bankların bu tələbi yerinə yetirməsində problemlər olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR