Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 06 sentyabr 2013 08:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Gəncə prospektində qeydə alınıb. Qəza nəticəsində 30-32 yaşlı naməlum sürücü tərəfindən idarə edilən “10-MZ-806” dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomobillə 1978-ci il təvəllüdlü Vüqar Tahir oğlu Şərifzadənin idarə etdiyi “90-ML-780” dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 21-06” markalı avtomobilin naməlum sürücüsü hadisə yerində dünyasını dəyişib, V. Şərifzadə isə ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR