Bakıda Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO

Bakıda Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 13:00 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə edilib.

U.Heyq “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik edib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verən E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu bildirib.

Görüşdə beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR