Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar təsdiq ediləcək

Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar təsdiq ediləcək
# 09 may 2014 17:34 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimlər may ayında başa çatacaq.

Təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alacaq şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq.

Ümumilikdə isə məktəb direktorlarının seçilib yerləşdirilməsi qaydaları təsdiq edildikdən sonra elan ediləcək. Qaydaların əsasını müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması təşkil edəcək.

Təhsil Nazirliyi məktəblərdə çalışan qadın direktorların sayını da açıqlayıb. Bildirilib ki, hazırda qadın məktəb direktorlarının sayı 1169 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR