Gəncədə 20 yaşlı qız dərmandan zəhərlənib

Gəncədə 20 yaşlı qız dərmandan zəhərlənib
# 31 yanvar 2014 14:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Dərman qəbul edərək zəhərlənən Gəncə şəhər sakini xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1994-cü il təvəllüdü şəhər sakini Aynurə Rzayeva ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, A.Rzayevanın başı ağrıdığına görə bir neçə dərman həbi qəbul edib və nəticədə zəhərlənib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR