Bakıda “İnsan hüquqları haqqında ümumi bəyannamə - 65 il” adlı konfrans keçirilir - VİDEO

Bakıda “İnsan hüquqları haqqında ümumi bəyannamə - 65 il” adlı konfrans keçirilir - <span style="color: red;">VİDEO
# 18 dekabr 2013 09:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakıda “İrəli” İctimai Birliyi tərəfindən Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları haqqında ümumi bəyannamə - 65 il” adlı konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda təşkilatda təmsil olunan aktiv gənclərlə yanaşı, Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də iştirak edir.


Konfransı açıq elən edən ictimai birliyin sədri Rauf Mərdiyev bildirib ki, bu gün insan hüquqları anlayışı böyük məfhuma çevrilib: “Təşkilatımız da bu sahədə gəncləri maarifləndirməyə çalışır. Təbii ki, Azərbaycan insan hüquqlarına hər zaman böyük önəm verib. Çünki öz hüququnu bilməyən xalq heç bir uğur əldə edə bilməz və digər xalqlar arasında öz haqqını tələb edə bilməz”.

R.Aslanova qeyd edib ki, bəşəriyyət yüz illərdir insan hüquqları ilə bağlı işlər görür və mübarizə aparır: “Bu proses II Dünya müharibəsindən sonra daha da sürətləndi. Çünki dünya anladı ki, bundan sonra bütöv bir sənəd qəbul etmək lazımdır. Bununla da 1948-ci ildə deklarasiya qəbul olundu. Bu sənəd 70-dən çox beynəlxalq konvensiyanın bazasını qoydu. Ancaq deyim ki, bu sənədlərin qəbulu yenə də insan hüquqlarına olan problemləri silmədi. Bu 65 ildə sənədin gücü hər şeyi həll edə bilmədi. Yenə də müəyyən problemlər hər dövr üçün yaşandı. Ölkəmizdə də bu sənəd nəticəsində bir çox müsbət yönümlü qərarlar qəbul olundu. Elə ölüm hökmünün ləğvi buna əyani sübutdur”.


Ə.Hüseynli isə konfransda “Dünyada və regionumuzda insan hüquqları: problemlər və perspektivlər” adlı məruzə ilə çıxış edib. O təəssüflə qeyd edib ki, bu gün dərsliklərdə vətəndaş hüququ anlayışına rast gəlinmir, halbuki insan hüquqları anlayışından daha aktual vətəndaş hüququ anlayışıdır: “Avropanın insan hüquqları ilə bağlı daha aktiv çıxış etməsinə baxmayaraq, bunun tarixi Şərqdən qaynaqlanır. Məsələn, vaxtilə Osmanlı dövlətinin fərmanlarında “bütün insanlar qardaşdır” ifadəsi əks olunmağa başlayıb. O vaxta qədər yalnız İslam dinində “bütün müsəlmanlar bərabərdir, qardaşdır” ifadəsi vardı. Amma Osmanlı dövləti bunu öz ərazisində yaşayan bütün dinlərdən olanlara şamil etdi. Məhz bundan sonra Avropa bu ifadəni tətbiq etməyə başladı. Regionumuza gəlincə, bir çox misallardan biri kimi onu göstərmək olar ki, Azərbaycan Şərqdə ilk ölüm hökmünü ləğv edən dövlətdir. Bu da məhz Heydər Əliyevin iradəsi nəticəsində baş tutdu. ÇÜnki o vaxt ölkədə bir çoxları bunun əleyhinə idi”.


Daha sonra tədbir diskussiyalarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR