Almaniya Bundestaqının üzvü: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır” - APA TV

Almaniya Bundestaqının üzvü: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır” - <span style="color: red;">APA TV
# 18 iyul 2013 11:51 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə özünün 822 saylı qətnaməsi ilə Ermənistan hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını birmənalı şəkildə tələb edib. Bu qətnamə bu günədək qüvvədədir və Almaniya onu dəstəkləyir”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) parlamentdəki deputatı, Bundestaqın Səhiyyə Komitəsinin üzvü Yens Şpan Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.

Cənab Şpan bildirib ki, hər bir dövlətin müqəddəratı onun ərazi bütövlüyünü qoruyub saxlamasından asılıdır: “Bu, xüsusilə də, Azərbaycan barədə bir həqiqətdir, çünki onun bir hissəsi xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Təhlükəsizlik Şurasının da tələb etdiyi kimi, Azərbaycan dövlətinin ərazi bütövlüyü tamamən bərpa olunmalıdır. Bu yolla məcburi köçkünlərin öz torpaqlarına qayıtma imkanı yaranar.

Ötən il Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin 20 illiyi qeyd olundu. Bu münasibətlə federal hökumət ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bəyan etdi. Azərbaycan Cənubi Qafqazda Almaniya üçün mühüm tərəfdaşdır.

Almaniya, xüsusilə də, Avropa İttifaqı çərçivəsində münaqişənin həlli istiqamətində əzmlə çalışır. Bu prosesdə hər iki tərəfin istənilən fitnəkar addımdan çəkinməsi vacibdir. Yalnız bu yolla danışıqlar məntiqli şəkildə davam etdirilə bilər. Lakin, Ermənistanın Xocalı hava limanının yenidən açması danışıqların davam etdirilməsini mürəkkəbləşdirir. Hava limanı BMT qərarlarına əsasən, Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində yerləşir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR