FHN-in Akademiyasına yeni tədris ili üçün tələbə qəbulu elan olunub

FHN-in Akademiyasına yeni tədris ili üçün tələbə qəbulu elan olunub
# 10 mart 2014 08:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2014/2015-ci tədris ili üçün əyani təhsil üzrə tələbə qəbulu elan edilib. Bu barədə APA FHN-in saytına istinadən məlumat verib.

Akademiyaya qəbula namizədlər boyu azı 160 sm, orta təhsilli və ya buraxılış sinfində oxuyan 16 yaşından yuxarı («Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi» ixtisası üzrə 01.09.2014-cü ilədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2014-cü ilədək 23 yaşı tamam olmamış Azərbaycan vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq arzusunda olanlar FHN-in Xüsusi Həkim Ekspertiza Komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və Seçmə komissiyalarında sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Akademiyada təhsil müddəti 4 ildir. Tədris Azərbaycan dilində aparılır. Akademiyanın məzunlarına «Yanğın təhlükəsizliyi mühəndisliyi» və «Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi» ixtisasları üzrə bakalavr dərəcəsi verilir, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.

Sənədlər 2014-cü il aprelin 1-dən 30-dək (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi; (012) 512-41-61, (012) 512-41-20) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat Nazirliyin rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR