Sabah Odessada MDB Sərhəd Qoşunları Komandanları Şurasının 69-cu iclası keçiriləcək

Sabah Odessada MDB Sərhəd Qoşunları Komandanları Şurasının 69-cu iclası keçiriləcək
# 15 may 2013 14:13 (UTC +04:00)

Bu barədə APA MDB İcraiyyə Komitəsinə istinadən məlumat verib.

Tədbirin gündəliyinə 10-dan artıq məsələ daxildir. İclasda Şuraya üzv ölkələrin xarici sərhədlərində vəziyyət və dövlətlərin sərhəd idarələrinin əməkdaşlığının inkişafı müzakirə olunacaq.

Komandanlar həmçinin 2013 və 2014-cü illərdə keçiriləcək birgə xüsusi sərhəd əməliyyatları və operativ-profilaktik tədbirləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası 1992-ci ildə yaradılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR