İran-Pakistan sərhədində silahlı qarşıdurma olub, ölən və yaralananlar var

İran-Pakistan sərhədində silahlı qarşıdurma olub, ölən və yaralananlar var
# 10 may 2014 22:32 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə görə, hadisə mayın 9-da gecə saatlarında İran sərhədçiləri ilə bir qrup silahlı şəxs arasında baş verib. Nəticədə 4 silahlı öldürülüb, bir nəfər həbs edilib, 8 nəfər isə yaralanıb. Yaralılar Pakistana qaçmağı bacarıblar. İran tərəfi heç bir itki vermədiyini açıqlayıb.


Qeyd edək ki, İran-Pakistan sərhədində tez-tez silahlı qarşıdurma baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR