Şəkidə 57 minə yaxın insan tibbi müayinədən keçib

Şəkidə 57 minə yaxın insan tibbi müayinədən keçib
# 14 aprel 2014 19:06 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkə başçısı İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən Şəki rayonunda da əhalinin tibbi müayinəsi keçirilir.

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılan qərargah cədvəl üzrə fəaliyyət göstərir.

Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Fevralın 17-dən başlanan aksiya çərçivəsində indiyədək 57 minə yaxın rayon sakin tibbi müayinələrdən keçib ki, bu da 18 yaşdan yuxarı əhalinin 65 faizini təşkil edir. Verilən məlumata əsasən, indiyə kimi 5319 nəfər müalicələrə cəlb edilib. Bunlardan 376 nəfərində ilkin xəstəliklər aşkarlanıb. Daha 82 rayon sakini stasionar müaəlicəyə, 31 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib. Rayonun 35 məntəqəsində tibbi müayinələr başa çatıb.

Bununla belə, hazırda rayonun ucqar yaşayış məntəqələri olan Küçik Dəhnə və Aşağı Göynük kənd sahə xəstəxanalarında, eləcə də Böyük Dəhnə və Baş Göynük kənd həkim məntəqələrində tibbi müayinələr davam etdirilir.

Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkar edilib. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR