Leonardo da Vinçiyə məxsus olduğu güman edilən yeni rəsm əsəri tapılıb - FOTO

Leonardo da Vinçiyə məxsus olduğu güman edilən yeni rəsm əsəri tapılıb - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 13:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bankın iddiasına əsasən tablo intibah dövrü rəssamlarının himayədarı olmuş qraf Mantuinin xanımı İzabella D’ Esteyə məxsusdur.

Leonardo da Vinçinin müəllifi olduğu ehtimal edilən rəsm əsəri haqqında məlumat İtaliyanın “Corriere della Sera” qəzetinin “Sette” cümə əlavəsində yer alıb. Xəbərdə bildirilir ki, tablo incəsənət əsərlərinin kolleksiyasını toplayan bir italyan ailəsinin şəxsi arxivində 400 ildən bəri mühafizə olunub. Mütəxəssislər radiokarbon analizi nəticəsində müəyyən ediblər ki, 61/46,5 sm ölçülü əsər məhz intibah dövrünə məxsusdur.

“France Presse” agentliyinin xəbərinə görə, İzabella D’ Estenin 1499-cu ildə çəkilən eskizi Luvr muzeyində saxlanılır və üzə çıxarılan yeni əsərin eskiz oxşarlığı bu tablonun ona məxsus olduğunu göstərir. Qəzet əlavə edib ki, Kaliforniya Universitetinin İtaliya incəsənəti üzrə mütəxəssisi Karlo Pedretti təsdiq edib ki, tabloda Leonordo da Vinçinin əl izləri var.

Üzə çıxarılan rəsm əsərinin müəllifinin da Vinçi olduğu sübut olunmasa da, qəzet xəbəri sensasiya kimi təqdim edib. Tədqiqat işini başa çatdırmaq üçün bir neçə ay lazım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR