Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb - VİDEO

Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 15:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycanda “Yehovanın Şahidləri” təliminin üzvləri saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.

Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR