MDB Parlament Assambleyası Müşahidə Missiyasının başçısı MSK sədri Məzahir Pənahovla görüşüb

MDB Parlament Assambleyası Müşahidə Missiyasının başçısı MSK sədri Məzahir Pənahovla görüşüb
# 10 sentyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. MDB Parlament Assambleyası Müşahidə Missiyasının başçısı Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının üzvləri bu gün MSK sədri Məzahir Pənahovla görüşüblər.

Görüşdə MSK sədri qarşıdan gələn seçkilərin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu və böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, MDB-dən olan müşahidəçilərin də qarşıdan gələn prezident seçkilərində müşahidəçilik etməsindən məmnun olduğunu bildirib.

L.Slutski MDB-dən olan uzunmüddətli müşahidəçi-ekspertlərin artıq öz missiyalarını həyata keçirməyə başladıqlarını bildirib. Qonaq həmin müşahidəçilərin ölkənin ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını nəzərə çatdırıb. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən missiya rəhbəri hazırlıq işlərinin seçkilərin demokratik standartlara uyğun keçirilməsinə yönəlmiş şəkildə aparıldığını da vurğulayıb.

Görüşdə missiyanın fəaliyyətinin təşkili və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR