Rusiyada sürücülük vəsiqəsi olmayan xarici vətəndaşların iş məqsədi ilə avtomobil idarə etməsini qadağan edən qanun layihəsi hazırlanıb - FOTO

Rusiyada sürücülük vəsiqəsi olmayan xarici vətəndaşların iş məqsədi ilə avtomobil idarə etməsini qadağan edən qanun layihəsi hazırlanıb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 11:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva Şəhər Duması Rusiya Federasiyasında sürücülük vəsiqəsinə sahib olmayan xarici vətəndaşlara iş məqsədi ilə avtomobil idarə etməsini qadağan edən qanun layihəsi hazırlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsində Rusiya dövlətinin sürücülük vəsiqəsi olmadan iş məqsədi ilə avtomobil idarə edən xarici vətəndaşların iki il müddətinə sürücülük hüququndan məhrum edilməsi, bu qanunu pozan xarici vətəndaşın ölkədən deportasiya edilməsi və müvəqqəti yaşayış icazəsi və ya yaşayış icazəsinin ləğv edilməsi nəzərdə tutulub.

Qanun layihəsində Rusiya sürücülük vəsiqəsinə sahib olmayan xarici vətəndaşları işə götürənlərin də cəzalandırılması nəzərdə tutulub. Belə ki, fiziki şəxslər 1500 ABŞ dolları, hüquqi şəxslər isə 3000 ABŞ dolları həcmində cəzalandırılacaqlar.

Bundan əlavə, Moskva Şəhər Duması qeydiyyatsız avtomobil idarə edən sürücülərindən də cəzalandırılmasını təklif edib.

Qeyd edək ki, Rusiya taksi fəaliyyəti ilə məşğul olan miqrantlar əsasən Baltikyanı ölkələrdən gətirilən avtomobillərdən istifadə edirlər. Həmin avtomobillər Baltikyanı ölkələrə məxsus dövlət qeydiyyat nişanları ilə olur və bu amil avtomobillərin Rusiya Dövlət Yol Patrul Xidməti tərəfindən nəzarətinə imkan vermir. Miqrantlar bu avtomobilləri idarə etməklə yol hərəkət qaydalarından asanlıqla yayına bilirlər. Radarlara və yollarda quraşdırılan videokameralara düşən bu avtomobillərin qeydiyyat nömrələri başqa ölkəyə məxsus olduğundan həmin sürücülərə cəza tətbiq oluna bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR