Gürcüstan və Türkiyə prezidentlərinin görüşündən əvvəl Çankaya köşkündə insident baş verib - FOTO

Gürcüstan və Türkiyə prezidentlərinin görüşündən əvvəl Çankaya köşkündə insident baş verib - <span style="color: red;">FOTO
# 20 yanvar 2014 12:27 (UTC +04:00)

APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Prezident sarayının gözləmə salonunda Gürcüstan prezidentinin mətbuat xidməti rəhbərinin müavini, jurnalist Şopo Cacanidze ruhi-əsəb durumu normal olmadığı bildirilən Berat Düzgünər adlı qadının hücumuna məruz qalıb.

Məlumata görə, Prezident sarayında vəzifəli şəxslərdən biri ilə görüşən həmin qadın görüş başa çatandan sonra ayağa qalxaraq Gürcüstan prezidentini müşayiət edən gürcüstanlı jurnalistlərə doğru gedib. O, Ş. Cacanidzenin saçlarından tutaraq yerə yıxıb. Bu zaman jurnalistlər hadisəyə müdaxilə ediblər.

Daha sonra Prezident sarayı mühafizəçiləri B. Düzgünəri saxlayıblar.

Saxlanılandan sonra B. Düzgünər ilkin ifadəsində jurnalistin guya onun üzərinə gəldiyini, ona zərər verəcəyini düşündüyü üçün özünü müdafiə addımı atdığını deyib.

Xəstəxanaya aparılan gürcü jurnalist ambulator yardım göstəriləndən sonra Prezident sarayında keçirilən toplantıya qatılıb. Jurnalistlərin suallarına gülərək cavab verən Ş. Cacanidze, baş verənlərə görə şikayətçi olmayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR