Şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitablar Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib - FOTO

Şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitablar Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib - <span style="color: red;">FOTO
# 10 fevral 2014 11:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın irsindən bəhs edən kitablar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına təqdim olunub.

APA-nın məlumatına görə, kitablar Aida İmanquliyevanın qızı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tərəfindən kitabxanaya hədiyyə edilib.

Buraya Aida İmanquliyevanın qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabı, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxə və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitablar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR