Gəncədə polis əməkdaşları üçün təlim kursu keçirilib

Gəncədə polis əməkdaşları üçün təlim kursu keçirilib
# 29 noyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Gəncədə məişət zorakılığının qarşısının alınmasına dair polis əməkdaşları üçün regional təlim kursu keçirilib. APA-nın məlumatına görə, tədbiri ATƏT-in Bakı Ofisi Azərbaycan Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edib. Tədbirdə milli qanunvericiliyə uyğun olaraq, məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınmasında polis əməkdaşlarının rolu və vəzifələri müzakirə olunub. Eyni zamanda təlim iştirakçıları bu sahədə digər ölkələrin təcrübəsi ilə tanış olub. Təlim zamanı, yerli mütəxəssislər və Daxili İşlər Nazirliyinin nümayəndələri qanunun icrasının hüquqi, sosial və mədəni aspektlərinə toxunublar.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisi polis əməkdaşları üçün bu növ təlim kurslarını artıq Bakı, Şəki, Lənkəran və Quba şəhərlərində təşkil edib. Növbəti təlim dekabrın 10-11-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR