Azərbaycanda orta məktəbdə yanğın olub, şagirdlər evakuasiya edilib - YENİLƏNİB

Azərbaycanda orta məktəbdə yanğın olub, şagirdlər evakuasiya edilib - <span style="color: red;">YENİLƏNİB
# 26 dekabr 2013 13:39 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın 278 kv/m ərazini əhatə edib. Hadisə baş verən zaman məktəbdə olan şagirdlər evakuasiya edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

saat 16/12

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda orta məktəbdə yanğın baş verib.

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 16 radələrində rayonun Adnalı kənd orta məktəbində başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR