Bakıda mənzillərdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakıda mənzillərdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 15 yanvar 2014 08:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzillərdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən il sentyabrın 25-də Binəqədi qəsəbəsində yaşayan Niyazi Quzanovun evindən qapının kilidini sındırmaq yolu ilə 10 min ABŞ dolları və 700 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Etibar Quliyev yanvarın 9-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, o, 2013-cü il yanvarın 9-da H. Babaşov küçəsində yaşayan Hüseyn Bağırovun evindən 1100 manat, avqustun 8-də Biləcəri qəsəbəsində Natiq Abbasovun evindən 1500 manat, dekabrın 13-də Biləcəri qəsəbəsində Habil İsmayılovun evindən 500 manat, qızıl-zinət əşyaları, dekabrın 16-da İ.Kərimov küçəsində Gülgəz Rəsulovanın evindən 530 manat, 450 Gürcü larisi, 150 Türk lirəsi, 1 cüt qızıl sırğa, dekabrın 18-də Biləcəri qəsəbəsi Y.İmanov küçəsində Yasər Həmzəliyevin evindən 700 manat, qızıl-zinət əşyaları oğurlayıb. Həmin vaxt qonşular oğurluq edən şəxsi görüb, tutmaq istəyərkən o, əlindəki pulu və qızılları ataraq qaçıb. Bu il isə yanvarın 3-də A.Zeynallı küçəsində Zeynəb Abbasovanın evindən qızıl əşyaları və yanvarın 6-da X.Məlikaslanov küçəsində Teymur Sadıqovun evindən 50 manat və qızıl-zinət əşyaları oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR