Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunur

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunur
# 04 oktyabr 2013 16:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə oktyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 91,0 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə 33 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm, Şirvanda 204 sm Salyanda 155 sm, Bankədə 225 sm, Araz çayının Novruzlu məntəqəsində isə 59 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR