Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - VİDEO

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 09:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

Yanvarın 28-29-da Bakı və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR