10 nəfər Penitensiar Xidmətdə işə qəbul edilib

10 nəfər Penitensiar Xidmətdə işə qəbul edilib
# 26 iyun 2014 14:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində 10 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kiçik rəis heyətində vəzifələrə təyin olunublar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin 96-cı ildönümü günündə Penitensiar Xidmətin rəisi Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib.

Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, onlara uğurlar arzulayıb.


Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR