Ziyafət Əsgərov Azərbaycanda hərbi xidmət yaşının artırılması ilə bağlı məsələyə münasibət bildirib

Ziyafət Əsgərov Azərbaycanda hərbi xidmət yaşının artırılması ilə bağlı məsələyə münasibət bildirib
# 07 noyabr 2013 10:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, 12 illik təhsilə keçidlə bağlı məsələ haqqında təhsil naziri Mikayıl Cabbarov müvafiq məlumatlar verib.

Komitə sədrinin sözlərinə görə, bu çox ciddi məsələdir və qarşılıqlı şəkildə müzakirə edilməlidir: “Hələ ki, 12 illik təhsilə keçidlə bağlı olan müzakirələrdə iştirak etməmişəm. Amma yəqin ki, 12 illik təhsillə bağlı yekun müzakirələrdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi olaraq biz də iştirak edəcəyik. Məsələ ilə bağlı birgə müzakirələr aparıldıqdan və ümumi razılığa gəldikdən sonra konkret fikir söyləmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR