Lənkəranın dağ kəndində avtomobil körpüdən aşıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO

Lənkəranın dağ kəndində avtomobil körpüdən aşıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 17 may 2014 16:17 (UTC +04:00)

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 15.30 radələrində rayonun dağlıq Bəliton kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Əfladdin oğlu Zamanov ot biçərkən ehtiyatsızlıqdan dəryaz onun qarın boşluğuna batıb. Yaxınları zərərçəkəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırmaqdan ötrü dərhal “UAZ” markalı avtomobilə əyləşərək yola düşüblər. Maşın sürət həddini aşdığından, qarşıdakı döngələrin birində körpüdən aşıb. Nəticədə kənd sakini, 1958-ci il təvəllüdlü Əfladdin Xanağa oğlu Zamanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Maşındakı sərnişinlərdən qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovla birlikdə daha 4 nəfər - 1955-ci il təvəllüdlü Kişvər Yəhya qızı Ağayeva, 1994-cü il təvəllüdlü Seyfəddin Ağaddin oğlu Ağazadə, 1990-cı il təvəllüdlü Alim Əfladdin oğlu Ağayev, 1990-cı il təvəllüdlü Şəfəq Cəsail qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-ya yerləşdiriliblər. Yaralıların hamısına müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyətləri hazırda stabil qiymətləndirilir. Qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovun üzərində isə cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

Qeyd edək ki, ölən və yaralanan şəxslərin hamısı yaxın qohumlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR