Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün aprelin 16-da elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün aprelin 16-da elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatıb
# 20 may 2013 14:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün aprelin 16-da elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 80 dövlət orqanından müsabiqəyə təqdim edilmiş 435 vakant dövlət qulluğu vəzifəsi üzrə 535 vakant yerin tutulması üçün 3474 namizəd qeydə alınıb. Namizədlərdən 3178 nəfər onlayn qeydiyyatdan keçib, 296 nəfər isə şəxsən Komissiyaya sənədlərini təqdim edib.

Statistik göstəricilərə görə ən çox namizəd Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (1 yerə qarşı 133 namizəd), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 431 namizəd), Təhsil Nazirliyi (14 yerə qarşı 393 namizəd), Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi (3 yerə qarşı 70 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsi (2 yerə qarşı 45 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (2 yerə qarşı 45 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (12 yerə qarşı 231 namizəd), Satınalmalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 65 namizəd), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (14 yerə qarşı 205 namizəd), Nəqliyyat Nazirliyi (15 yerə qarşı 163 namizəd) üzrə qeydə alınıb.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə mayın 5-i və 7-də elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR