İranda biri qadın olmaqla 4 nəfər edam edilib

İranda biri qadın olmaqla 4 nəfər edam edilib
# 24 iyun 2013 06:28 (UTC +04:00)

APA-nın məlumatına görə, onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Edamlardan biri Şəhrikord şəhərinin meydanlarından birində ictimaiyyətin gözü qarşısında yerinə yetirilib. Digər üç məhbus isə Şəhrikord şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər. Onlardan birinin qadın olduğu bildirilir. Edam olunanların ad və soyadları açıqlanmayıb.

Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR