Azərbaycanlı deputat AŞPA-da qaçqınlarla bağlı müzakirələrə qatılacaq

Azərbaycanlı deputat AŞPA-da qaçqınlarla bağlı müzakirələrə qatılacaq
# 18 noyabr 2013 14:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 19-dan 21-dək Fransa paytaxtında səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək, onlara yardım göstərilməsi yolları araşdırılacaq.

AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq. Miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR