Hindistan öz məhsullarının MDB bazarına Rəşt-Astara avtomobil yolu ilə daşınması imkanlarını araşdırır

Hindistan öz məhsullarının MDB bazarına Rəşt-Astara avtomobil yolu ilə daşınması imkanlarını araşdırır
# 24 dekabr 2013 09:25 (UTC +04:00)

APA-nın «Tehran Times» saytına istinadən verdiyi məlumata görə, Hindistan Ticarət və Sənaye Nazirliyi ölkənin Ekspeditorlar Assosiasiyasına bu yoldan istifadə etmək imkanlarının araşdırılması üçün müraciət edib.


Nazirlik rəsmilərindən birinin verdiyi açıqlamaya əsasən, Hindistan hazırda mövcud olan infrastrukturdan istifadə etməklə, mallarını perspektivli saydığı MDB bazarına çıxarmaq niyyətindədir: «Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı məsələ gözləndiyindən daha çox uzanır. Bizim üçün maraqlıdır ki, Hindistan biznesmenləri niyə mövcud avtomobil yolundan istifadə etmirlər, nədən ehtiyatlanırlar».


Hazırda Hindistan mallarını Rusiyaya və dənizə çıxışı olmayan MDB ölkələrinə Süveyş kanalından istifadə etməklə daşıyır. Rəşt-Astara dəmir yolunun tikintisi layihəsi başa çatandan sonra Hindistan öz məhsullarını İranın Bəndər-Abbas dəniz limanına, oradan isə Rəşt-Astara dəmir yolu ilə MDB ölkələrinə ixrac etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR