Azərbaycan və Türkiyə universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan və Türkiyə universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb
# 07 iyun 2014 07:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib. ATU-nun mətbuat xidmətindən APA-ya veirlən xəbərə görə, tədbirdə ali məktəbin rektoru, akademik Əhliman Əmiraslanov müasir tibb elmində endoskopik və robotik cərrahiyyənin xüsusi önəm daşıdığını bildirib. O deyib ki, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar aparılır. Rektor vurğulayıb ki, ATU-nun Cərrahiyyə Klinikasında belə əməliyyatların keçirilməsi üçün hər cür avadanlıq var.

İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışıb.

Sonra Azərbaycan Tibb Universiteti ilə İstanbul Bilim Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR